Rəcəb Tayyib Ərdoğan – Türkiyə Pakistan və Hindistan arasında gərginliyi azaltmaq istəyir

22:21, 28.04.2025

Türkiyə Pakistan və Hindistan arasında gərginliyi azaltmaq istəyir, – bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasından sonra bildirib.

“Biz həmişə vurğulayırıq ki, regionumuzda və onun hüdudlarından kənarda hər hansı münaqişənin olmasını istəmirik. Biz Pakistan və Hindistan arasında gərginliyin pisləşmədən dərhal azaldılmasını istəyirik. Xarici İşlər Nazirliyimiz və digər qurumlar vəziyyəti izləyir”, – Türkiyə lideri qeyd edib.

Ərdoğan Pakistanın baş naziri Şehbaz Şəriflə görüşü zamanı iki ölkə arasında ticarət və müdafiə sənayesi sahələrində əməkdaşlığın müzakirə edildiyini də bildirib. Ərdoğan Pakistan xalqına güclü dəstəyini ifadə etdiyini deyib.

Şehbaz Şərif Türkiyə prezidenti ilə aprelin 22-də görüşüb.

Oxşar