Rəcəb Tayyib Ərdoğan - Türkiyə Con Boltonun Suriya kürdləri ilə bağlı bəyanatını qəbul edə bilməz
Rəcəb Tayyib Ərdoğan - Türkiyə Con Boltonun Suriya kürdləri ilə bağlı bəyanatını qəbul edə bilməz

Türkiyə ABŞ TŞ katibi, Con Boltonun Suriya kürdləri ilə bağlı bəyanatını qəbul edə bilməz, – bu barədə Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan Parlamentdə nitqlə çıxış edərkən bəyan etdi.

Rəcəb Tayyib Ərdoğanın dediyinə görə, kürd hərbi qruplaşmasının üzdəniraq “İslam Dövlətinə” qarşı mübarizə apardığı böyük yalandır və Suriyada “İslam Dövləti” təhlükəsinin neytrallaşdırılmasında əhəmiyyətli rolu türk hərbiçiləri oynadılar.

Ərdoğan həmçinin bəyan etdi ki, kürd hərbi qruplaşması və üzdəniraq “İslam Dövləti” arasında heç bir fərq yoxdur.

ABŞ prezidentinin məsləhətçisi, Con Boltonun dediyinə görə, Amerikalı hərbiçilər Suriyanı, Suriya kürdlərinin təlükəsizliyi müdafiə olunduqdan sonra tərk edəcəklər. Bu barədə Bolton rəsmi səfərdə olduğu Qüdsdə bəyan etdi.

Boltonun dediyinə görə, ABŞ Türkiyədən zəmanət gözləyir ki, ABŞ-ın müttəfiqi, kürdləri təhlükə gözləməyəcək. O, həmçinin xüsusilə qeyd etdi ki, Türkiyənin Suriyada istənilən hərbi əməliyyatı, Vaşinqton ilə razılaşdırılmalıdır.