Rəcəb Tayyib Ərdoğan Qara dənizdə əlavə 58 milyard kubmetr təbii qaz aşkarlandığını bildirir

10:09, 27.12.2022

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə əlavə 58 milyard kubmetr təbii qaz aşkarlandığını bildirir.

“Çaycuma-1″ yatağında 3023 metr dərinlikdə 58 milyard kubmetr təbii qaz ehtiyatı aşkar edilib”- deyə Türkiyə Prezidenti açıqlayıb.

Ərdoğan Türkiyənin Qara dənizdəki təbii qaz ehtiyatlarının 710 milyard kubmetr, bazar dəyərinin isə bir trilyon dollar olduğunu xüsusilə vurğulayıb. Ərdoğan ölkənin yekun məqsədinin enerji müstəqilliyinə tez bir zamanda nail olmaq olduğunu bildirib.

Oxşar