Rəcəb Tayyib Ərdoğan ölkədə prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini rəsmən təsdiqləyib
Rəcəb Tayyib Ərdoğan ölkədə prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini rəsmən təsdiqləyib

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də ölkədə prezident və parlament seçkilərinin keçiriləcəyini rəsmən təsdiqləyib. Bursada tərəfdarları ilə görüşdə Ərdoğan iqtidarın gənclərin seçkilərdə aktiv iştirakına ümid etdiyini açıqlayıb.

Qərb mediası yazır ki, ictimai rəy sorğularına əsasən, parlament və prezident seçkiləri gərgin keçəcək və Ərdoğan üçün hakimiyyətdə olduğu iki onillik ərzində ən ciddi sınaq olaraq hesab olunur.

Türkiyədə prezident və parlament seçkilərinin iyunun 18-də keçirilməsi nəzərdə tutulurdu, lakin Türkiyə Prezidenti Ərdoğan seçki tarixinin irəli çəkilə biləcəyinə işarət edib. Türkiyənin hakim partiyasının nümayəndələrindən biri daha əvvəl iyun seçkilərinin insanların tətilə getdiyi yay tətili mövsümünə təsadüf edəcəyini açıqlamışdı.