Rəcəb Tayyib Ərdoğan - Netanyahu düşüncəsiz, aqressiv və qanunsuz hərəkətləri ilə regionu və dünyanı fəlakətə sürükləməyə çalışır, İrana qarşı hücumları pisləyirik
İsrailin qonşumuz İrana hücumları beynəlxalq hüquqa məhəl qoymayan açıq-aşkar təxribatdır, – bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun dediyinə görə, bu hücumlar, İranın nüvə proqramı ilə bağlı danışıqların getdiyi və Qəzza zolağında görülən tədbirlərə qarşı beynəlxalq təzyiqlərin artdığı bir vaxtda həyata keçirilməsi, İsrailin qaydaları pozan düşüncə tərzini göstərir.
“Netanyahu düşüncəsiz, aqressiv və qanunsuz hərəkətləri ilə regionu və dünyanı fəlakətə sürükləməyə çalışır. Yaxın Şərqdə daha çox qan, dağıntı və qarşıdurma görmək istəmədiyimizi bir daha bildiririk. Qonşumuz İranə qarşı həyata keçirilən dəhşətli hücumları qınayırıq”, – Rəcəb Tayyib Ərdoğan bildirib.