Rəcəb Tayyib Ərdoğan – İzmirdə, polis bölməsinə silahlı hücumla bağlı 16 yaşlı bir şəxs saxlanılıb, onun mümkün əlaqələri araşdırılır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin İzmir şəhərində polis bölməsinə silahlı hücum nəticəsində həlak olanların ailələrinə başsağlığı bildirir.
“Polis bölməsinə silahlı hücum nəticəsində iki polisimiz şəhid olub, ikisi isə yaralanıb.Cinayəti törədən 16 yaşlı şəxs saxlanılıb. Onun mümkün əlaqələri araşdırılır”, – Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə milli təhlükəsizliyə təhdid törədən təhlükələrə qarşı mübarizəsini davam etdirir.
Məlumat üçün bildirək ki, Türkiyənin İzmir şəhərində polis bölməsinə silahlı hücum nəticəsində iki polis əməkdaşı həlak olub, ikisi isə yaralanıb. Yerli hakimiyyətin məlumatına görə, hücum edən şəxs 16 yaşlı gəncdir və o saxlanılıb.