Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Danışıqlar İstanbuldakı Dolmabaxça sarayında keçirilib.
Türkiyə Kommunikasiya İdarəsinin bəyanatında bildirildiyinə görə, görüş zamanı Türkiyə ilə Ermənistan arasında təmaslar, Cənubi Qafqazda sülh və dialoq prosesi və bölgədəki cari hadisələr müzakirə olunub.
“Görüş zamanı Prezident Ərdoğan Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarında əldə olunan konsensusun vacibliyini vurğulayıb və Türkiyənin regional inkişafa yönəlmiş səyləri dəstəkləməyə davam edəcəyini bildirib. Tərəflər, həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində atılması lazım olan potensial addımları da müzakirə ediblər. Prezident Ərdoğan qeyd edib ki, Türkiyə təkcə Qafqazda deyil, bütün regionda sabitliyin təmin olunması üçün bütün diplomatik vasitələrdən istifadə edir və eyni zamanda İranın İsrailə hücumları nəticəsində yaranan zorakılıq spiralından irəli gələn risklərin qarşısını almaq məqsədilə digər liderlərlə də təmaslarını davam etdirir”, – bəyanatda deyilib.
Türkiyə Prezident Administrasiyasının məlumatına görə, görüşdə həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidan və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edirdi.
Nikol Paşinyan Türkiyədə ilk işgüzar səfərdə olub.