Rəcəb Tayyib Ərdoğan - İran ətrafındakı münaqişə geostrateji çıxılmaz vəziyyətə düşüb
Rəcəb Tayyib Ərdoğan - İran ətrafındakı münaqişə geostrateji çıxılmaz vəziyyətə düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranla bağlı münaqişənin geostrateji çıxılmaz vəziyyətə düşdüyünü bildirib.

Bu barədə Türkiyə Prezidenti NATO-nun Baş katibi Mark Rutte ilə telefon danışığından sonra bildirib.

Onun dediyinə görə, beynəlxalq ictimaiyyət müharibəni bitirmək səylərini artırmalıdır.

Türkiyə prezidentinin kommunikasiya Departamentinin yaydığı bəyanatda Ərdoğan və Mark Ruttenin regional və qlobal məsələləri, eləcə də NATO ilə bağlı məsələləri müzakirə etdikləri deyilib.