Rəcəb Tayyib Ərdoğan – Erməni-türk danışıqlarının prosesi Yerevanla Bakının münasibətləri ilə bağlıdır
Erməni-türk danışıqlarının prosesi Yerevanla Bakının münasibətləri ilə bağlıdır – bu haqda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasının debatlarında çıxışı zamanı bildirib.
Türkiyənin Prezidenti, Ankaranın Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəklədiyini qeyd edib və səylərin mümkün qədər tez “xoş xəbərlə” başa çatacağına ümidvar olduğunu bildirib.
Həmçinin, Ərdoğan Türkiyə-Ermənistan münasibətlərində ikitərəfli müsbət addımların atıldığını və Azərbaycan-Ermənistan sülh prosesinin də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə müsbət təsir edəcəyini bildirib.