Rəcəb Tayyib Ərdoğan - Egey dənizində yenə də dəlicəsinə hərəkətlər ediblər, Yunanıstan hərəkəti davam etdirsə, bir gecə qəfil gələ bilərik
Rəcəb Tayyib Ərdoğan - Egey dənizində yenə də dəlicəsinə hərəkətlər ediblər, Yunanıstan hərəkəti davam etdirsə, bir gecə qəfil gələ bilərik

 

Bir gecə qəfil gələ bilərik- bu bəyanatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanla bağlı verib və yunan tərəfinə xəbərdarlıq edib.

Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Egey dənizində təxribatlara son qoymalı olduğunu söyləyib.

Bundan əvvəl Türkiyə Müdafiə Nazirliyi Yunanıstanın Egey dənizi üzərində neytral zonada NATO-nun təlim missiyasını əngəlləməyə çalışdığı barədə məlumat yayıb.

Türkiyə Müdafiə Nazirliyindən verilən məlumatda türk hərbi aviasiyasının lazımi tədbirləri gördüyü və NATO missiyasının uğurla başa çatdığı deyilir.

“Bizimlə problem yaşama. Egeydə sizinlə heç bir mübahisəmiz yoxdur. Egeydə yenə dəlicəsinə hərəkətlər ediblər. Təbii ki, biz də lazım olanı etdik. Mən rəsmilərə dedim ki, nə lazımdırsa etsinlər… Yunanıstan hərəkəti davam etdirsə, bir gecə qəfil gələ bilərik” -deyə Türkiyə Prezidenti qeyd edib.