Rəcəb Tayyib Ərdoğan – bu gündən etibarən taxıl daşınmaları planlaşdırıldığı kimi davam edəcək

16:27, 02.11.2022

 

Bu gün günortadan etibarən taxıl daşınmaları planlaşdırıldığı kimi davam edəcək. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının qrupunun iclasında bildirib.

Türk “Anadolu” informasiya agentliyi bununla bağlı məlumat yayır.

“Putinlə dünənki telefon danışığımızdan sonra bu gün günortadan etibarən taxıl daşınmaları planlaşdırıldığı kimi davam edəcək”, – deyə açıqlama verən Ərdoğan, bu gün ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparacağını qeyd edib.

Ötən şənbə günü Moskva Kiyevi Qara dəniz donanmasına hücumda ittiham edərək BMT və Türkiyənin vasitəçiliyi ilə bağlanmış taxıl ixracı sazişindən çıxdığını açıqlayıb. Bu gün isə Rusiya Müdafiə Nazirliyi Ukraynadan yazılı zəmanət aldığını və “taxıl sazişi”nə qayıtdığını açıqlayıb.

Oxşar