Rəcəb Tayyib Ərdoğan bildirir ki, regional sülhə nail olmaq üçün Türkiyə, Rusiya və Suriya prezidentlərinin görüşü keçirilə bilər
Regional sülhə nail olmaq üçün Türkiyə, Rusiya və Suriya prezidentlərinin görüşü keçirilə bilər-bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
“İnkişaf edən hadisələrə müvafiq olaraq, biz Rusiya, Türkiyə və Suriya liderləri olaraq görüşə bilərik. Deməli, bizim məqsədimiz regionda sülh və sabitliyin bərqərar olmasıdır”- deyə Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Ərdoğan bildirib ki, Moskvada Türkiyə, Rusiya və Suriyanın müdafiə nazirləri və kəşfiyyat xidmətləri rəhbərlərinin görüşü keçirilib, eləcə də üçtərəfli formatda 3 ölkənin xarici işlər nazirləri görüşəcəklər.
Bununla yanaşı, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edib ki, tərəflər arasında ikinci görüş yanvarın ortalarında keçirilə bilər.