Rəcəb Tayyib Ərdoğan bəyan edir ki, İdlibdə hərbi əməliyyatın başlanılması yalnız vaxt məsələsidir
Rəcəb Tayyib Ərdoğan bəyan edir ki, İdlibdə hərbi əməliyyatın başlanılması yalnız vaxt məsələsidir

Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan bəyan edir ki, İdlibdə hərbi əməliyyatın başlanılması yalnız vaxt məsələsidir.

“İdlib əməliyyatı yalnız vaxt məsələsidir. Suriya rejimi və onun tərəfdarları hələ dərk edə bilmədilər ki, biz İdlibi tərk etməyəcəyik”, – Ərdoğan bəyan etdi.

Hakim partiya qarşısında nitqlə çıxış edən Türkiyə prezidenti qeyd etdi ki, Rusiya ilə danışıqlar hələlik nəticə verməyib.

“Son günlər qalıb ki, Suriya rejimi İdlibdə döyüş əməliyyatlarını dayandırsın. Biz son xəbərdarlıq veririrk. Təəssüflər olsun ki, Rusiya ilə danışıqlar hələlik nəticə verməyib”, – Türkiyə prezidenti qeyd etdi.

Onun dediyinə görə, danışıqlar davam edəcək. Ərdoğanın qeyd etdiyinə görə, Türkiyə əməliyyatın öz planını həyata keçirməyə hazırdır.