Rəcəb Tayyib Ərdoğan – ABŞ və Almaniyanın Ukraynaya tank göndərməsi risklidir və silah alverçilərinə fayda verir

19:14, 02.02.2023

 

ABŞ və Almaniyanın Ukraynaya tank göndərməsi risklidir və silah alverçilərinə fayda verir -bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Ərdoğan Ankaranın sülhə nail olmaq üçün Avropadan və dünyadan kömək gözlədiyini bildirir.

“Hər iki liderlə görüşlərimiz var. Heç bir Avropa ölkəsi təşəbbüsdə bizdən daha cəsarətli olmayıb. Biz taxıl dəhlizinin, məhbus mübadiləsi və humanitar yardım həllərinin bir hissəsi olduq. Biz Avropada və dünyada sülhə dəstək gözləyirik. Danışıqlar davam edir. ABŞ və Almaniyanın tank göndərməsi həll yoludurmu? Bunun həll yolu olduğunu deyə bilmərəm. Bu, risklidir və silah alverçilərinə fayda verir”- deyə Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Oxşar