Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan Praqada danışıqlar aparacaqlar
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan Praqada iki ölkə arasında münasibətlərin normallaşmasına dair danışıqlar aparacaqlar. Məlumatı Türkiyənin “Sabah” nəşri yayır.
Türk mətbuatının yazdığı üzrə Türkiyə prezidenti ilə Çexiyanın paytaxtında görüşün təşəbbüskarı Ermənistanın baş naziridir.
Oktyabrın 6-7-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Çexiyanın paytaxtı Praqada Avropa siyasi ictimaiyyətinin ilk toplantısı keçiriləcək.