Rəcəb Tayyib Ərdoğan – Dostum Trampdan köhnə administrasiyanın yanlış siyasətindən imtina etməsini və müharibələrin bitməsinin tərəfində olmasını gözləyirik
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bildirdiyinə görə, o, Donald Trampın müharibələrin dayandırılması üçün çalışacağına ümid edir.
Ərdoğanın dediyinə görə, o, Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Trampla şəxsən danışıb və telefon disloqu zamanı Yaxın Şərqdə mövcud hadisələri vurğulayıb.
“Mənim Donald Trampla telefon danışığım olub. Seçkilərdə qazanılan tarixi qələbə münasibəti ilə təbrik etdim və Qəzzada və Livanda davam edən qan tökülməsinə diqqət çəkdim. Dostum Trampın ikinci dövründə köhnə administrasiyanın yanlış siyasətindən imtina etməsini gözləyirik. Biz səmimi qəlbdən ümid edirik ki, prezident müharibələrin bitməsinin tərəfində olacaq”, – deyə Ərdoğan çıxışında qeyd edib.