Regional İnkişaf Naziri Tğibulidə fəlakət zonasındakı mövcud vəziyyətlə tanış olub
Gürcüstanın Regional İnkişaf Naziri Kaxaber Quledani Tğibulidə fəlakət zonasındakı mövcud vəziyyətlə tanış olub.
Kaxaber Quledani fövqəladə qərargahda müvafiq qurumların nümayəndələrindən fəlakət zonasında davam edən işlər və planlaşdırılan tədbirlər barədə məlumat alıb.
Regional İnkişaf Nazirliyinin məlumatına görə, təhlükəsizlik səbəbi ilə sürüşmə zonasından 45 ailə təxliyə edilib. Onlar müvəqqəti olaraq mehmanxanalara yerləşdirilib və əsas ehtiyac əşyaları və dərmanlarla tam təmin olunublar.
Torpaq sürüşməsi nəticəsində bir neçə ev dağılıb.
“Kursebi kəndində, Berodzeebi və Qoqolaşvilebi məhəlləsində baş vermiş torpaq sürüşməsi səbəbindən yaranan təcili qərargah 24 saatlıq rejimdə fəaliyyət göstərir”, – Regional İnkişaf Nazirliyində bildirirlər.