Referendumun ilkin nəticələrinə görə, İslandiya əhalisinin 52.5%-i Avropa İttifaqına üzvlüklə bağlı danışıqların bərpası məsələsini dəstəkləmir
İlkin nəticələrə görə, İslandiyada ölkənin Avropa İttifaqına üzv olması ilə bağlı danışıqların bərpası məsələsi üzrə keçirilən referendum bu təklifin əleyhdarlarının qələbəsi ilə başa çatıb. Bu barədə İslandiyanın ictimai yayımçısı RUV xəbər verir.
İlkin nəticələrə əsasən, seçicilərin 52.5%-i danışıqların bərpasına qarşı səs verib, 47.5%-i isə üzvlüyü dəstəkləyib.
“Nəticə aydındır, cavab “yox”dur”, – İslandiyanın ictimai yayımçısı qeyd edir.
Medianın məlumatına görə, hesablanmaq üçün yalnız cənub-qərb seçki dairəsinin məlumatları qalıb, lakin onların qiymətləndirməsinə əsasən, qalan səslərin sayı nəticəni artıq dəyişdirə bilməz.