Reabilitasiya edilmiş Orbeliani meydanı bu gün açılacaq
Reabilitasiya edilmiş Orbeliani meydanı bu gün açılacaq

Reabilitasiya edilmiş Orbeliani meydanı bu gün, saat 20:00-da təntənəli şəkildə açılacaq. Rəsmi açılış mərasimindən sonra konsert keçiriləcək. Konsertdə gürcü bəstəkarları tərəfindən yazılmış mahnılar ifa olunacaq.

Orbeliani meydanı və həndəvər küçələrdə təmizləmə işləri gecə yarısına kimi həyata keçirilirdi. Həmçinin konsertin baş məşqi keçirildi.

Reabilitasiya işləri 2017-ci ilin iyun ayından başladı və ümumilikdə işlərə iki il lazım gəldi.