Ratianin işinin şahidi - gördüm ki, Ratiani polis işçilərinə müqavimət göstərir
Tbilisi Şəhər Məhkəməsində, hakimin, şair Zviad Ratianinin mümkün inzibati pozuntuları barəsində müzakirə etdiyi prossesdə, şahid Elene Qalinka dindirildi.
Birinci Kanalın jurnalistinin Tbilisi Şəhər Məhkəməsindən verdiyi məlumata görə, şahid bəyan edir ki, Zviad Ratianinin yaxalanmasının sonrakı durumunu gördü.
Şahid statusunda dindirilən, Elene Qalinka bəyan edir ki, həndəvər ərazidə işləyir və baş verənləri pəncərədən görürdü.
“O, içkili idi, söyünc işlədirdi. Polis işçilərinə müqavimət göstərirdi. Maşına zorla yerləşdirdilər. Maşından çalışırdı ki, ayağı ilə polis işçilərinə toxunsun. Artıq pəncərədən baxanda artıq trotuarda otururdu və əlləri qandallanmışdı”, – şahid statusunda dindirilən Elene Qalinka bəyan edir