Rati İonatamişvili 2024-cü ilin Paralimpiya Oyunlarını işıqlandırdığı üçün Gürcüstanın Birinci Kanalına təşəkkür edib
Gürcüstanın Paralimpiya Komitəsinin sədri Rati İonatamişvili 2024-cü ilin Paralimpiya Oyunlarını işıqlandırdığı üçün Gürcüstanın Birinci Kanalına təşəkkür edib.
Bu haqda Rati İonatamişvili paralimpiyaçıların qarşılanma mərasimində deyib.
“Sizin adınızdan Gürcüstanın Baş nazirinə, idman və mədəniyyət nazirinə, parlamentin sədrinə, Tbilisinin merinə, İctimai Yayımçıya və azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Andiçmə günü keçirilmiş yola salma mərasimi, təkcə paraidmançılara münasibətdə deyil, məhdud imkanlı şəxslərə münasibətdə də bərabər şərait yaradan qərarlar, birbaşa translasiyalar və bu günlər ərzində hiss etdiyimiz dəstəyiniz əlavə motivasiya oldu və ümidləri puça çıxarmadığımız, sizi və azarkeşləri sevindirə bildiyimiz üçün bu gün qürur duyuruq” – İonatamişvili bildirib.