Rati İonatamişvili - Əgər kimsə Gürcüstanda demokratiyanın dərdinə yanırsa, ilk növbədə arzuolunmaz fiqurlara, Merabişviliyə, Saakaşviliyə, Kezeraşviliyə sanksiya tətbiq etməlidir
Əgər kimsə Gürcüstanda demokratiyanın dərdinə yanırsa, ilk növbədə arzuolunmaz fiqurlara, Merabişviliyə, Saakaşviliyə, Kezeraşviliyə sanksiya tətbiq etməlidir – bu haqda İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri Rati İonatamişvili bildirib.
İonatamişvilinin sözlərinə əsasən, kimsə bu cür insanları himayə edərək heç bir izahat vermədən başqalarına sanksiya tətbiq edəndə bütün bunlara cəmiyyətin reaksiyası olacaq.
“Əgər kimsə sanksiya ilə seçki proqramını quracağını düşünürsə, çox yanılır. Bütün bunlar əks nəticə verəcək, çünki cəmiyyətimiz ən çox haqsızlığı sevmir və məhz ona qarşı yürüş edəcək. İstənilən ədalətsiz qərar yalnız gürcü cəmiyyətini birləşdirəcək və düzgün qərar qəbul edilməsini asanlaşdıracaq, çünki əgər kimsə Gürcüstanda demokratiyanın dərdinə yanırsa, ilk növbədə arzuolunmaz fiqurlara, Merabişviliyə, Saakaşviliyə, Kezeraşviliyə sanksiya tətbiq etməlidir, çünki hamımız çox yaxşı bilirik ki, onlar insanlara işgəncə verilməsinin və öldürülməsinin müəllifləridir. Kimsə bu cür insanları himayə edərək heç bir izahat vermədən başqalarına sanksiya tətbiq edəndə, əlbətdə, bütün bunlara cəmiyyətin reaksiyası olacaq” – Rati İonatamişvili qeyd edib.