Rati Breqadze - Zorakılıq ssenarisini həyata keçirmək fikri olan istənilən şəxs gürcü dövlətindən müvafiq cavab alacağını bilməlidir
Zorakılıq ssenarisini həyata keçirmək fikri olan istənilən şəxs gürcü dövlətindən müvafiq cavab alacağını bilməlidir – bu haqda ədliyyə naziri Rati Breqadze bildirib.
Breqadze Ukraynada döyüşən Nadim Xmaladzenin xalqa müraciət etdiyi “Facebook” paylaşıma münasibət bildirib: “Oktyabrın 26-da qələbəmizə əminəm, əgər “Gürcü Arzusu” saxtalaşdırsa, fikrimcə, bunu edəcək, mübarizəyə kim hazırdır?”.
“Həm bu paylaşımın müəllifi, həm də zorakılıq ssenarisini həyata keçirmək fikri olan istənilən başqa şəxs gürcü dövlətindən müvafiq cavab alacağını yaxşı bilməlidir. Mən ona, eləcə də cinayət törətmək niyyətində olan istənilən başqa şəxsə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tanış olmağı və gürcü dövləti və xalqı qarşısında mütləq cavab verəcəyini bilməyini tövsiyə edərdim” – Rati Breqadze bildirib.