Rati Breqadze - Gürcüstan-Amerika münasibətləri mütləq normal çərçivəyə qayıdacaq, daha da güclənəcəyinə və həmişəkindən daha intensiv olacağına əminəm
Gürcüstan-Amerika münasibətləri mütləq normal çərçivəyə qayıdacaq, daha da güclənəcəyinə əminəm – bu haqda Gürcüstanın ədliyyə naziri Rati Breqadze Gürcüstan-Amerika münasibətləri ilə bağlı jurnalistlərlə danışarkən deyib.
Breqadze, Gürcüstan-Amerika münasibətlərinin tezliklə həmişəkindən daha intensiv olacağını bildirib.
“Məhz “Gürcü Arzusu”nun hakimiyyəti şəraitində Gürcüstan-Amerika münasibətləri ən yüksək göstəriciyə çatıb. İstənilən münasibətdə kiçik anlaşılmazlıqların olduğu müəyyən anlar mütləq olur. Münasibətlərimizin o qədər böyük potensialı və o qədər resursları var ki, mən əminəm, bir daha sizə qəti şəkildə deyirəm ki, tezliklə bu göstərici daha yüksək səviyyədə olacaq”- Rati Breqadze bildirib.