"Ranina" layihəsinin yeddinci mövsümünün qalibi Andria Putkaradze Gürcüstanı Avrovoziya Uşaq Mahnı Müsabiqəsi 2024-də təmsil edəcək
"Ranina" layihəsinin yeddinci mövsümünün qalibi Andria Putkaradze Gürcüstanı Avrovoziya Uşaq Mahnı Müsabiqəsi 2024-də təmsil edəcək

 

“Ranina” layihəsinin yeddinci mövsümünün qalibi Andria Putkaradze Gürcüstanı Avrovoziya Uşaq Mahnı Müsabiqəsi 2024-də təmsil edəcək.

11 yaşlı Andria 2013-cü ilin iyunun 11-də Batumidə anadan olub. O, iki yaşında oxumağa başlayıb və altı yaşından “Dənizin övladları” vokal ansamblının üzvüdür.

Həmçinin, Andria Batuminin Zakaria Paliaşvili adına altıillik musiqi məktəbində fortepiano istiqamətində oxuyur. O, 2024-cü ilin mayın 26-da “Ranina”nın yeddinci mövsümünün qalibi oldu.

Andria Putkaradze Avrovoziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstanı noyabrın 16-da təmsil edəcək. Müsabiqə İspaniyanın paytaxtı Madriddə keçiriləcək.