Ramilə Əliyeva - "Rəngarəng Gürcüstan" Birinci Kanalın ən prioritetli layihələrindən biridir
Layihənin rəhbəri Ramilə Əliyevanın dediyinə görə, “Rəngarəng Gürcüstan” Birinci Kanalın ən prioritetli layihələrindən biridir.
“Bugün Azərbaycan və erməni dillərində internet-radyo televiziyasının təqdimatı keçirildi. Bugündən etibarən, 1tv.ge-də Azərbaycan və erməni dillərində 12 saatlıq kəsilməyən efir olacaq.
Müəyyən səbəblərə görə, ölkəmizdə dövlət dilini bilməyən vətəndaşlar hələdə çoxdur və onlara öz doğma dillərində ölkədə baş verən hadisələr haqqında məlumat veriləcək” – dedi Ramilə Əliyeva.
Ramilə Əliyevanın dediyinə görə, saat 21:00-da efirə çıxan “Moambe” xəbərlər buraxılışının sixron tərcüməsi də davam edəcək.
“Bu İctimai Televiziyadır, ona görə də, regionlarda yaşayan milli azlıqlar üçün onların bildiyi dildə məlumat çatdırmağı hər cür vasitələrələ davam edəcəyik” – dedi Ramilə Əliyeva.
“Rəngarəng Gürcüstan” adlı layihənin təqdimatı bugün keçirildi.
Təgdimatda Gürcüstanda akkreditasiya olunmuş diplomatiya korpusunun və həmçinin müxtəlif dini konfessiyaların nümayəndələri iştirak etdilər.