Raqbi | Gürcüstan millisi İsveçrəni bonus xalla məğlub etdi #1TVSPORT
Raqbi | Gürcüstan millisi İsveçrəni bonus xalla məğlub etdi #1TVSPORT

Gürcüstan raqbi yığması Avropa Raqbi Çempionatının ilk tur oyununu İverdon şəhərində İsveçrə komandası ilə keçirdi və rəqibini 54:3 hesabı ilə məğlub etdi.

İsveçrə – Gürcüstan 3:54

İsveçrə

Cərimə – Püşer

Gürcüstan

Lelo – Metreveli, Tabutsadze, Cavaxia, Calağonia (2), Tapladze (2), Abjandadze

Çevrilmə – Matkava (7)

 

Bu matç, Davit Kaçarava (122), Sandro Todua (122), Merab Kvirikaşvili (115), Merab Şarikadze (104), Şalva Mamukaşvili (103), Qiorqi Çxaidze (100) və Laşa Malağuradzedən (100) sonra Gürcüstan millisinin səkkizinci “senturionu” olan Vasil Lobjanidze üçün Gürcüstan millisində yüzüncü oldu.

29 yaşlı Lobjanidze dünyada ən gənc ikinci “senturion”dur – ən gənc yaşda 100 matç limitini Avstraliyalı Maykl Huper keçib (28 yaş və 349 gün).

Birinci yarıda Gürcüstan millisi cəmi bir qol vurmağı bacardı – debütant Otar Metreveli özünü göstərdi, Matkava qolü dəqiq çevirdi. İsveçrəlilər fərqi dəqiq cərimə zərbəsi ilə azaltdılar və birinci yarımı “Borcğalosnebi” 7:3 hesabı ilə qazandılar.

Gürcüstan millisi matçın ikinci yarısını daha yaxşı başladı, üstünlüyü əldə etdi, rəqibə qarşı yeddi qol vutdu və nəticədə bonus xalı ilə qalib gəldi.

Gürcüstan millisi növbəti matçını 15 fevralda Niderland millisi ilə keçirəcək.