Radoslav Sikorski - Viktor Orbanı dəstəkləyən hər kəs Moskvaya kömək edir
Polşanın xarici işlər naziri Radoslav Sikorskinin bildirdiyinə görə, Viktor Orbanı dəstəkləmək Moskvaya kömək etmək deməkdir.
Onun dediyinə görə, Moskva Macarıstanın Baş naziri Viktor Orbanı dəstəkləyir, çünki o, Rusiyaya qarşı sanksiyaları bloklayır.
“Moskva Orbanı dəstəkləyir, çünki o, Avropa İttifaqına qarşı sabotaj edir, sanksiyaları və Ukraynanın maliyyələşdirilməsini bloklayır. Beləliklə, Orbanı dəstəkləyən hər kəs Moskvaya kömək edir. Əslində, iş bu qədər sadədir”, – Radoslav Sikorski yazır.