Radoslav Sikorski - Ukraynadakı müharibənin nəticəsi ABŞ və Çinlə birlikdə dünya nizamının üçüncü sütununun kim olacağını müəyyən edəcək, Avropa və ya Rusiya
Polşa xarici işlər naziri Radoslav Sikorski parlamentə illik hesabatında bildirib ki, Ukraynada davam edən müharibənin nəticəsi ABŞ və Çinlə yanaşı, hansı ölkənin yeni qlobal tarazlığın üçüncü sütunu olacağını müəyyən edəcək.
Sikorski həmçinin qeyd edib ki, dünya nizamının təməli sarsılır. Bundan əvvəl oxşar bəyanatlaı Kanadanın Baş naziri Mark Karni və Fransa prezidenti Emmanuel Makron da verib.
“Güclü Avropa İttifaqı olmadan azad, çiçəklənən və təhlükəsiz Polşa ola bilməz. Ya birliyi qoruyub saxlayacağıq, ya da daha böyük ölkələr bizi udacaq”,- Sikorski bildirib.
Onun sözlərinə görə, Moskvada istənilən anti-Avropa isteriyasını təqdir edirlər.