Radoslav Sikorski Rusiyaya müraciət edib - Hava məkanımıza növbəti raket daxil olarsa və ya qalıqları NATO ərazisinə düşərsə, zəhmət olmasa, gəlib giley etməyin, sizə xəbərdarlıq edilib
Radoslav Sikorski Rusiyaya müraciət edib - Hava məkanımıza növbəti raket daxil olarsa və ya qalıqları NATO ərazisinə düşərsə, zəhmət olmasa, gəlib giley etməyin, sizə xəbərdarlıq edilib

Hava məkanımıza növbəti raket daxil olarsa və ya qalıqları NATO ərazisinə düşərsə, zəhmət olmasa, gəlib giley etməyin, sizə xəbərdarlıq edilib, – bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.

Sikorski, Rusiya dronlarının Polşanın hava məkanına daxil olduğu və bu səbəbdən Rusiya hökumətinə “bir xahişlə” müraciət etdiyi əvvəlki hadisəni xatırladıb.

“Əgər başqa raket və ya başqa obyekt bizim hava məkanımıza qəsdən və ya təsadüfən daxil olarsa, o, düşürüləcək və parçaları NATO ərazisinə düşərsə, buraya gəlib giley etməyin. Sizə xəbərdarlıq edilib”, – Sikorski vurğulayıb.

Məlumat üçün bildirək ki, üç Rusiya qırıcısının Estoniya hava məkanına daxil olması ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib.