Radoslav Sikorski Kiyevə səfər edib
Radoslav Sikorski Kiyevə səfər edib

Polşanın xarici işlər naziri Radoslav Sikorski Kiyevə səfər edib.

Sikorskının səfəri ilə bağlı Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkədə yazıb ki, danışıqlar iki ölkənin ümumi təhlükəsizliyi və Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyü barədə aparılacaq.

“Rusiya tərəfindən Ukraynaya qarşı terrorun kəskinləşməsi və Polşaya qarşı təxribatlar fonunda hər iki ölkə qətiyyətlə birgə dayanır. Bugün ümumi təhlükəsizliyimiz, Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyü, Moskvaya təzyiq barədə ətraflı danışıqlar aparacağıq. Liderliyinə və dəstəyinə görə Polşaya təşəkkür edirəm”, – Andrey Şibiqa yazır.