Radoslav Sikorski İlon Maska müraciət etdi - “Görürsən, böyük adam, siyasət düşündüyündən də çətin çıxdı”
Radoslav Sikorski İlon Maska müraciət etdi - “Görürsən, böyük adam, siyasət düşündüyündən də çətin çıxdı”

Polşanın xarici işlər naziri Radoslav Sikorski X sosial şəbəkəsində Donald Tramp və İlon Maskın qarşıdurmasına münasibət bildirib.

Sikorski Maska siyasətin asan iş olmadığını xatırladıb.

“Görürsən, böyük adam, siyasət düşündüyündən də çətin çıxdı“, – Sikorski yazır və Maskın 9 mart tarixli paylaşımını bölüşür, burada amerikalı milyarder Sikorskini “kiçik adam” adlandırıb.

ABŞ prezidenti Donald Tramp Almaniya kansleri ilə Oval kabinetdə mediaya danışarkən İlon Maskdan məyus olduğunu bildirib. Trampın izahatına görə, İlon Mask hakimiyyətin elektromobillər üçün mandatı azaltmağı planlaşdırdığını eşidəndə qanun layihəsi ilə bağlı problem yaranıb.

Ötən həftə ABŞ hökumətinin səmərəliliyinin rəhbəri postunu tərk edən amerikalı milyarder İlon Mask sosial mediada yazıb ki, o olmasaydı, Tramp seçkiləridə məğlub olardı, Demokratlar isə Nümayəndələr Palatasına nəzarət edəcəkdilər, “bu nə qədər nankorluqdur”.