Radoslav Sikorski - Almaniya və Fransa Avropanı idarə etmək üçün çox kiçikdirlər
Almaniya və Fransa Avropanı idarə etmək üçün çox kiçikdirlər. Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
“Polşa 2004-cü ildə Avropa İttifaqına üzv olan on ölkə arasında təkcə ən böyüyü deyil, həm də iqtisadiyyatımız hazırda dünyanın 20 ən böyük iqtisadiyyatı sırasındadır. Böyük həmvətənimiz, II Pavel bir dəfə demişdi: Avropa iki ağciyərlə nəfəs almalıdır — biri Qərb, biri isə Şərq. Polşa Avropanın bizim hissəmizin maraqlarını təmsil etmək istəyir”, – Sikorski bildirib.
Sikorski həmçinin qeyd edib ki, Polşanın Almaniya, Fransa və Birləşmiş Krallığın birlikdə malik olduqlarından daha çox tankı var.