Rəcəb Tayyib Ərdoğan - Norveçdə NATO təlimləri çərçivəsində baş verən skandalın hədəfi Türkiyyə və türk xalqı idi
Türkiyyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatına görə, Norveçdə NATO təlimləri çərçivəsində baş verən skandalın hədəfi Türkiyyə və türk xalqı idi.
Ərdoğan, NATO-nun etimad məsləsini sual altına qoydu. Türkiyyə prezidentinin dediyinə görə, bu ona görə baş verdi ki, NATO Ankaraya raketəqarşı müdafiə sisteminin çatdırılmasına yox dedi.
Türkiyyə liderinin dediyinə görə, buna cavab olaraq, Ankara rus sistemlərinin alınması haqqında danışıqlara başladı. NATO-da isə buna görə, Türkiyyənin tənqidinə başladılar. Dünən, Türkiyyə Norveçdə NATO təlimlərindən 40 hərbi xidmətçisini geri çağırdı.
Buna səbəb isə, Rəcəb Tayyib Ərdoğanın və Kemal Atatürkün portletlərinin “düşmən” stendinə düşməsi idi.
NATO-nun baş katibi baş verənlərə görə, Türkiyyə liderindən iki dəfə üzr istədi.
Ərdoğanın dediyinə görə, yalnız üzr yetərli deyil. Bu, şəxsi və partiya təhqiri kimi hesab oluna bilməz, türk xalqının təhqirinə cavab olaraq isə, o, hər şeyə hazırdır.
Türkiyyə prezidenti ölkənin müxalif qüvvələrinə bu məsələdə dəstəklərinə görə, minnətdarlığını bildirdi.