Quru Nəqliyyatı Agentliyi vətəndaşlara xəbərdarlıq edir
Quru Nəqliyyatı Agentliyi qısa mesajlarla bağlı vətəndaşlara xəbərdarlıq edir.
“Vətəndaşların bir hissəsinə yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilmiş cərimənin ödənilməsi ilə bağlı xatırlatma məzmunlu qısa mesajlar göndərilir.
Bildirişdə hesab nömrəsi və ödəniş linki qeyd olunub.
Xahiş edirik, oxşar məzmunlu qısa mesaj aldığınız halda qeyd olunan təlimatları yerinə yetirməyəsiniz, şəxsi və ya bank məlumatlarınızı paylaşmayasınız.
Əlavə məlumat üçün Quru Nəqliyyatı Agentliyinin qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz: (032) 236 55 01”, – deyə agentliyin bəyanatında deyilib.