Qurcaani bələdiyyəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər həlak olub
Qurcaani bələdiyyəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər həlak olub, onlardan ikisi azyaşlı, digəri isə sürücüdür.
Qəza gecə saatlarında Melaani kəndində baş verib.
Yerli sakinlərin məlumatına görə, içində beş nəfərin olduğu, “Honda” markalı avtomobil, toqquşma nəticəsində aşıb və
alovlanıb. Avtomobildəki sərnişinlər yerli sakinlər olub.
Alovlanmış avtomobildən iki sərnişin çıxa bilib və təcili tibbi yardım qrupu tərəfindən xəstəxanaya aparılıb.
Hadisə yerində təcili yardım, xilasetmə xidməti və polis briqadaları olub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, iş üzrə istintaq Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılır, bu maddə iki və ya daha çox insanın ölümünə səbəb olan nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutur.