Quria bölgəsinə 1200 kubmetr odun göndərilib
Quria bölgəsinə 1200 kubmetr odun göndərilib

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi Quria bölgəsində fəlakətdən zərər çəkmiş əhalini odun ehtiyatı ilə təmin edəcək. Milli Meşə Agentliyinin təşəbbüsü ilə bölgəyə ümumilikdə 1200 kubmetr odun göndərilib.

Fəlakətin baş verdiyi ilk günlərdən Quria bölgəsinə ağır yolsuzluq texnikası səfərbər edilib: yeddi ədəd tirli buldozer, taxta ehtiyatlarının yüklənməsi üçün üç ədəd hidravlik manipulyator maşını, odun daşımaq üçün 15 ədəd özüboşaltma maşını, həmçinin üç ədəd qartəmizləyən maşın.

Odunla Quria bölgəsinin hər üç bələdiyyəsinin əhalisi  təmin olunacaq.