Qurban bayramı ilə əlaqədar Gürcüstanın müftisi Batuminin Mərkəzi məscidində namaz qılıb
Müsəlman dünyası ən böyük dini bayramlardan biri olan Qurban bayramını qeyd edir.
Qurban bayramını gürcü dindarları da qeyd ediblər. Batumi Mərkəzi Məscidində bayram namazını Gürcüstanın müftisi Adam Şantadze qıldırıb. Namaz səhər saat 06:18-də qılınıb.
“Qurban Bayramı qurban kəsimi bayramıdır və bu ənənə isə Bibliyadakı İbrahimlə bağlıdır. Qurana görə, Allahın istəyi İbrahimin öz övladını ona qurban verməsi idi. O, peyğəmbərin həqiqətən də oğlunu onun üçün qurban verməyə hazır olduğuna əmin olduqdan sonra bir quzu göndərdi və ondan oğlunun yerinə onu qurban kəsməsini tələb etdi – bu, İbrahimin imtahandan uğurla keçməsinə işarə idi.
Qurban bayramı üç gün davam edir. Bu gün möminlər dördayaqlı ev heyvanını Allaha qurban verirlər, ət ailə üzvləri ilə birlikdə qonşulara, ehtiyacı olanlara və kasıblara paylanır.
Müfti Adam Şantadzenin dua zamanı dediyi kimi, Qurban bayramı bağışlanmaq üçün ən yaxşı vaxtdır.
“Ölkədə son vaxtlar baş verən hadisələr göstərir ki, Gürcüstan vətəndaşlarına ölkəni və suverenliyi qorumaq üçün birlik lazımdır, məhz parçalanmış ölkə düşmənə əl verir, gənclərə xüsusi diqqət yetirməliyik, məhz onlar bizim gələcəyimizdir”, – Adam Şantadze bildirib.