Quram Macaraşvili - Yaxşı ki, qeyri-hökumət təşkilatları simalarını göstərdilər, onsuz da siyasətdə idilər və indi artıq bu, hüquqi cəhətdən də təsdiqlənəcək
Quram Macaraşvili - Yaxşı ki, qeyri-hökumət təşkilatları simalarını göstərdilər, onsuz da siyasətdə idilər və indi artıq bu, hüquqi cəhətdən də təsdiqlənəcək

 
Yaxşı ki, qeyri-hökumət təşkilatları simalarını göstərdilər. Onlar onsuz da siyasətdə idilər və qeyri-hökumət təşkilatlarının funksiyalarını yerinə yetirmirdilər, bu, indi artıq hüquqi cəhətdən də təsdiqlənəcək – bu haqda “Xalqın Gücü”nün icraçı katibi Quram Macaraşvili açıqlayıb.

Macaraşvili qeyri-hökumət sektorunun nümayəndələri tərəfindən “Azadlıq Meydanı” siyasi hərəkatının yaradılmasına münasibət bildirir.

Quram Macaraşvili, onları donor təşkilatların maliyyələşdirdiyini deyir.

“Donor təşkilatların partiyaları birbaşa qaydada maliyyələşdirməsi ilə bağlı dediklərimiz bir daha təsdiqləndi. NDI qadın deputatları, Finlandiya səfirliyi- “Tabula”nı eynilə “Avropalı Gürcüstanı”. Qeyri-hökumət təşkilatları dedilər ki, gizlənməyin heç bir mənası yoxdur və hüquqi cəhətdən də gəlin formalaşdıraq. Cəmiyyət başa düşdü ki, müxalifəti dəstəkləyən donor təşkilat hakim ola bilməz”- Quram Macaraşvili açıqlayıb.