Quram Macaraşvili - Xarici ölkənin bəzi səfirliklərinin radikal müxalifəti, qeyri-hökumət sektorunu maliyyələşdirməsi onların radikal proseslərdə maraqlı olmasının sübutudur
Xarici ölkənin bəzi səfirliklərinin radikal müxalifəti, eləcə də qeyri-hökumət sektorunu maliyyələşdirməsi onların radikal proseslərdə maraqlı olmasının birbaşa sübutudur – bu haqda “Xalqın Gücü”nün icraçı katibi Quram Macaraşvili bildirib.
O bildirib ki, qeyd edilmiş dövlətlər tərəfindən seçkilər zamanı və seçkilərdən sonra bəyanatlar verilə bilməz, çünki heç kim onların obyektiv qiymətləndirici olduğuna inanmayacaq.
“Seçki öncəsi konkret siyasi partiyanı və siyasi müxalifət olan qeyri-hökumət sektorunu maliyyələşdirirsənsə, əlbətdə seçkilərdən sonra qiymətləndirmə apararkən obyektiv ola bilməzsən. Bundan irəli gələrək, təbii ki, ictimaiyyətə deyirik ki, bu təşkilatları, donor təşkilatları və səfirlikləri, ölkələri yadda saxlayaq. Onların bəyanatlarının gürcü xalqının gözündə artıq sıfır etibarlılıq dərəcəsi olacaq” – Macaraşvili bildirib.