Qudauri-Kobi yolunda yüngül avtonəqliyyatın hərəkəti bərpa edilib
Qudauri-Kobi yolunda yüngül avtonəqliyyatın hərəkəti bərpa edilib

Avtomobil Yolları Departamentinin məlumatına görə, Qudauri-Kobi yolunda yüngül avtonəqliyyatın hərəkəti bərpa edilib.

Bununla yanaşı, Mleta-Kobi yolunun hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti məhdudlaşdırılıb, digər növ avtonəqliyyatın hərəkəti isə sərbəstdir.

“Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun 93km-107km (Qudauri (Posta)-Kobi) hissəsində yüngül avtonəqliyyatın hərəkəti bərpa edilib.

Bununla yanaşı, sözügedən yolun 79km-107km (Mleta-Kobi) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti məhdudlaşdırılıb, digər növ avtonəqliyyatın hərəkəti sərbəstdir.

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində avtonəqliyyatın hərəkəti fasiləsiz rejimdə, Qudauri (Posta)-Kobi hissəsində isə yalnız qar uçqunundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək”, – məlumatda deyilir.