Qudauri-Kobi hissəsində avtonəqliyyatın hərəkəti qadağandır
Qudauri-Kobi hissəsində avtonəqliyyatın hərəkəti qadağandır

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, Qudauri (posta) – Kobi hissəsində avtonəqliyyatın hərəkəti qadağan edilib.

“Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (posta)-Kobi hissəsində qar uçqunu təhlükəsi yüksəkdir, buna görə də qeyd olunan hissədə bütün növ avtonəqliyyatın hərəkəti müvəqqəti qadağandır.

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Stepantsminda-Larsi hissəsində avtonəqliyyatın hərəkəti dayanmadan keçid rejimində həyata keçiriləcək.

Avtomobil yolunun qalan hissələrində avtonəqliyyatın hərəkəti sərbəstdir”, – məlumatda qeyd olunub.