Qrup halında zorakılığın təşkil edilməsi faktı üzrə saxlanılan Manana Qiorqobiani barəsində həbs qətimkan tədbiri seçilib
Tbilisi Şəhər Məhkəməsi qrup halında zorakılığın təşkil edilməsi faktı üzrə saxlanılan Manana Qiorqobiani barəsində həbs qətimkan tədbiri seçib.
İş üzrə qərarı hakim Arsen Kalatozişvili verib.
Prokurorluq həbs-qətimkan tədbirinin tətbiq edilməsini tələb edirdi. İttiham tərəfinin bildirdiyinə görə, şahidlərə təzyiq göstərilməsi, sübutların məhv edilməsi və cinayətin təkrar törədilməsi təhlükəsi mövcuddur. Müdafiə tərəfi bununla razılaşmayıb.
İş üzrə ilkin məhkəmə iclası 24 dekabr tarixində keçiriləcək.
Manana Qiorqobianiyə qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsi (Zorakılıqla müşayiət olunan qrup halında əməlin təşkili və ona rəhbərlik etmə) ilə irəli sürülüb, bu da cəzanın növü və ölçüsü olaraq 9 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.