Qrenlandiyanın baş naziri - Hər kəs Qrenlandiyanın müstəqillik istəyinə hörmət etməlidir
Hər kəs Qrenlandiyanın müstəqillik istəyinə hörmət etməlidir, – bu barədə Qrenlandiyanın baş naziri Mute Egede Kopenhagendə Danimarkanın baş naziri Mette Frederiksen ilə birgə mətbuat konfransında bildirib.
Qrenlandiya lideri Panama kanalı və Qrenlandiya üzərində nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadə etməyi istisna etmədiyini bildirən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla əlaqə saxlamadığını deyib.
“Bizim müstəqillik arzumuz var”. Biz öz evimizin sahibi olmaq istəyirik. Bu, hər kəsin hörmət etməli olduğu bir şeydir”, – Qrenlandiyanın baş naziri Mute Egede bildirib.