Qomi-Saçxərə-Çiatura-Zestaponi yolunda qoşqulu və yarımqoşqulu avto nəqliyyatın hərəkəti qadağandır
Qomi-Saçxərə-Çiatura-Zestaponi yolunda qoşqulu və yarımqoşqulu avto nəqliyyatın hərəkəti qadağandır

Qomi-Saçxərə-Çiatura-Zestaponi yolunda qoşqulu və yarımqoşqulu avto nəqliyyatın hərəkəti qadağandır, – bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayır.

“İntensiv qar yağması ilə əlaqədar Daxili dövlət əhəmiyyətli Qomi-Saçxərə-Çiatura-Zestaponi avtomobil yolunda qoşqulu və yarımqoşqulu avto nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılır, digər növ avto nəqliyyatın hərəkəti isə sərbəstdir”, -Avtomobil Yolları Departamentinin məlumatında qeyd olunub.