Qoqa Memanişvili - Hazırki mərhələdə biz yürüş iştirakçılarına bir hərəkət zolağı buraxa bilərik və onlar trotuarda da hərəkət edə bilərlər, sonra isə qalan tədbirləri görəcəyik
Patrul Polis Departamentinin Baş İdarəsinin müavini Qoqa Memanişvili Rustaveli prospektinə doğru yürüyüş edən aksiya iştirakçılarına, trotuarda və tək hərəkət zolağında hərəkət etməyə çağırıb.
“Hazırki mərhələdə biz bir hərəkət zolağı buraxa bilərik və onlar trotuarda da hərəkət edə bilərlər. Baxacağıq, sonra qalan tədbirləri görəcəyik”, – Qoqa Memanişvili bildirib.
Tbilisidə aksiya davam edir. Aksiya iştirakçıları hazırda Dövlət Universitetindən və Kostava küçəsindən Rustaveliyə doğru yürüş keçirirlər.