Qldaninin birinci mikrorayonunun N19-19a binalarının yaxınlığında parkın təşkili işləri aparılır
Qldani Rayonunun İcra Hakimiyyəti tərəfindən birinci mikrorayonun N19-19a binalarının yaxınlığında parkın təşkili işləri aparılır. Tbilisi Meriyasının məlumatına əsasən, parkın təşkili işləri 1300 kvadratmetrə qədər ərazidə aparılacaq.
Meriyanın məlumatında, ərazidə xarici işıqlandırma və suvarma sistemlərinin quraşdırılacağı deyilir. Uşaq əyləncə və istirahət zonaları, istirahət pavilyonu, fitnes zonası təşkil olunacaq. Ərazidə yaşıllaşdırma işləri aparılacaq – ot səpiləcək, ağaclar, bitkilər əkiləcək. Həmçinin park üçün lazım olan digər infrastruktur yerləşdiriləcək. Layihə üçün icra hakimiyyətinin büdcəsindən 343 934 lari xərclənəcək.
Qldani Rayonunun icra başçısının səlahiyyətlərinin icraçısı Besik Kaladze sakrebulonun majoritar deputatı Konstantine Zarnadze ilə birgə davam edən iş prosesi ilə tanış olub.