Qldanidə, Sandro Axmeteli küçəsində avtonəqliyyatın hərəkət marşrutu dəyişdirilib
Qldani rayonunda, Sandro Axmeteli (keçmiş Akaki Vasadze) küçəsində aparılan bərpa işləri ilə əlaqədar mayın 10-dan avtonəqliyyatın və ictimai nəqliyyatın hərəkət marşrutu dəyişdirilib. Bu barədə Tbilisi meriyası məlumat yayır.
Tbilisi meriyasının məlumatına görə, xüsusən də Kerçi küçəsindən Sandro Axmeteli küçəsi istiqamətində avtomobil hərəkəti birtərəfli olub.
“Müvafiq olaraq, №292, N304, N308, N323, N335, N348, N355, N351 və N365 avtobuslar, həmçinin, N486, N512, N517 və 518 nömrəli mikroavtobuslar, “Axmeteli Teatrı” metrostansiyasından Kerçi küçəsi istiqamətində Pore Mosulişvili küçəsi ilə hərəkət edəcək.
“Tbilisi meriyası görülən işlərlə bağlı yaranmış narahatlığa görə üzr istəyir”, – meriyanın bəyanatında qeyd olunub.