Qldanidə qətl hadisəsi baş verib

12:26, 19.03.2025

Tbilisidə, Qldaninin yaşayış binalarının birində qətl hadisəsi baş verib. Yayılan məlumata əsasən, hadisə səhər saatlarında baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı bir nəfəri həbs edib. İlkin məlumata görə, qətl soyuq silahla törədilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 108-ci qəsdən adam öldürmə maddəsi ilə istintaq başladılıb.

Oxşar