Qldani birinci mikrorayonunda park salınıb
Qldani birinci mikrorayonunda park salınıb

Qldani birinci mikrorayonun N1–1a binalarının yaxınlığında park salınıb, Tbilisi meriyası məlumat yayır.

Meriyanın məlumatına görə, işlər 1400 kvadratmetr ərazidə aparılıb. Ərazidə uşaqlar üçün əyləncə zonası yaradılıb, xarici işıqlandırma və suvarma sistemləri quraşdırılıb, yaşıllaşdırma işləri görülüb – ot örtüyü salınıb və ağac və bitkilər əkilib. Park üçün zəruri infrastruktur yerləşdirilib.

Meriyada bildirirlər ki, qeyd olunan layihə üçün icra hakimiyyətinin büdcəsindən 250 000 lari xərclənib.

Görülən işlərə Tbilisi meri müavini Kaxa Abuladze və Qldani rayonunun icra başçısı Besik Kaladze baxış keçiriblər.